Bizi izləməyi unutmayın

#SOSİAL

SDU-da “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir...

20-01-2018, 11:36 | 141 dəfə baxılıb.

Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən universitetdə 20 Yanvar faciəsinə həsr olunan "dəyirmi masa" və bir sıra tədbirlər həyata keçirildi.
Professor-müəllim və tələbə heyəti universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Universitetin rektoru professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq faciənin yaranma səbəbləri və faciə zamanı törədilən dəhşətlər haqqında ətraflı məlumat verərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Lakin silahsız, əliyalın xalq tankların qarşısına çıxaraq uzun illər Sovet imperiyasının əsarətindən qurtuldu, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirərək şərəfli bir tarix yazdı. Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. Rektor onu da qeyd etdi ki, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı törədilmiş təcavüzkar faciəyə- 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu qanlı hadisə yaddaşlardan heç vaxt silinməyəcək. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qürurvericidir ki, həmin oğullar arasında universitetimizin məzunları da öz şücaətlərini göstərdilər.
Rektor çıxışında onu da vurğuladı ki, bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədilər. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir.
Tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov “Qanlı 20 Yanvar ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət”,Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Samin Qocayev “Tariximizin qan yaddaşı- 20 Yanvar” mövzularında çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam haqqında ətraflı bəhs etdilər. Bildirdilər ki, Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hökümətinin millətimizə qarşı amansız terror aktı idi. 20 Yanvar, Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Amma baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi azadlığına qovuşdu. Natiqlər 20 Yanvar hadisəsini Azərbaycanın müstəqilliyə gedən yoldakı ən şərəfli səhifə kimi qiymətləndirdilər.
Şəhid ailələri adından çıxış edən Həmzə Adıyevin bacısı Səadət Adıyeva bildirdi ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.
Ümumxalq hüzn gününə həsr olunmuş tədbirdə tələbələrin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirildi.
Sonra rektor şəhid ailələri ilə dəyirmi masa ətrafında görüşərək onların problemləri ilə maraqlandı, bir çox məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.

SDU-da “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

SDU-da “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

SDU-da “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

SDU-da “Qanlı Yanvar hadisələri”nin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#SOSİAL / Oxu.az

Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#SOSİAL / APA.az

Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#SOSİAL / APA.az

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar şəhidləri anılıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının