Bizi izləməyi unutmayın

#MÜSAHİBƏ / Interview.az

Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"

"Növbəti hədəfim təkər şinindən tar, kamança və nağara hazırlamaqdır" -Fərhad bəy necə oldu bu işə başladınız? Neçə...

15-01-2018, 15:43 | 47 dəfə baxılıb.

"Növbəti hədəfim təkər şinindən tar, kamança və nağara hazırlamaqdır"

-Fərhad bəy necə oldu bu işə başladınız? Neçə ildir bu işlə məşğulsunuz?

-Mən maşın ustasıyam. Maşınla əlaqədar olduğuna görə həmişə bu işin içində olmuşam. Qeyri-adi şeylər düzəltməyə marağım var. Əsas işim şüşəylə bağlıdır. Maşınların şüşəsini düzəldirəm. Burada başqa ustalar da var. Bura təkər atırdılar. Mən də gördüm ki, yığılır, tullantı kimi qalır. Oturub fikirləşdim ki, tullantını necə faydalı bir şeyə çevirim. Əvvəl bir stol düzəltdim. Sonra fikirləşdim ki, buna oturacaq da lazımdır. Sonra kreslo, divan. Yavaş-yavaş başqa əşyalar düzəltdim. Getdikcə fantaziyalar artır. Bəziləri var ki, özüm fikirləşib tapıram, bəzilərini də internetdən götürürəm. Xarici saytlarda görürəm ki, orada da təkərlərdən faydalı əşyalar düzəldirlər. Mənim üçün çətin iş deyil. Həvəsim var bu işə. Heç vaxt biznes üçün düşünməmişəm. Hobbidir. Mənim əsas işim maşınların patpresini düzəltməkdir. Bu iş incəliyinə, rəngarəngliyinə görə məni cəlb edir. 1 il yarımdır bu işlə məşğulam, yəni təkərlərlə. Amma 9 ildir şüşə təmir edirəm. Fikirləşirəm ki, davam edəcək. Başqa ideyalarım da var. Ən yaxşısı isə Azərbaycanın milli alətləri: tar, kamança, nağara, qaval, bu dörd aləti təkərdən düzəltmək istəyirəm. Böyük formada. Orij+inal rəngləri necədir elə. İnsanı cəlb edəcək formada olacaq. Eskizini çəkmişəm, çox gözəl alınır. Onları düzəltmək üçün eyni ölçüdə şinlər lazımdır.

Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


-Əşyaları düzəltməyə nə qədər vaxt sərf edirsiniz?

-Ən uzun çəkən divan olub. 6 təkərdən istifadə etmişəm. bir həftə çəkib. Digərləri az olub. Üç, beş gün. Eləsi var bir günə hazırlayıram. Əsas rəngləmək, bəzəmək vaxt aparır.

Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


-Qiymətlər necədir? Ən bahalı və ucuz əşyalar hansılar olub?

-Adam öz gördüyü işə qiymət verə bilmir. Mən əl işlərimə maya dəyəri qoya bilmirəm. 50, 150 manata satılan əşyalar da olub. Satdığım ən bahalı əşya 300 manata olub. İki kreslo və stolu. Ola bilsin gələcəkdə bu təkərləri mənə pulla satacaqlar. Onda hesablaya biləcəm.

Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


-Əşyaları düzəltmək üçün əvvəldən hər hansı bacarıq lazımdırmı, yoxsa sonra öyrənmək olar?

-Biraz yaradıcılığın olmalıdır. Hər bir detalını düşünməlisən. İnsanda yaradıcılıq varsa, nə istəsən düzəldər. Yenilik düşünməlidir. Neçə adam olub əlimlə çəkib göstərmişəm ki, bunu belə kəs. Amma kəsə bilməyib. Görmüşəm ki, ya barmağını kəsəcək, ya da bu işi korlayacaq.

Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


Fərhad Heydərov: "Əşyaları seximin qabağına atılan tullantı təkərlərdən hazırlamışam"


-Gün ərzində neçə saat məşğul olursunuz?

-Konkret sifariş olanda gün ərzində bütün boş vaxtımı ona sərf edirəm. Amma tələsdirən olmayanda yox. Havaların isti keçməsi təsir edir. Boş vaxtım olanda çalışıram ki, nəsə bir yenilik edim.

- Hər hansı əşya sifariş edən olurmu?

-Yay mövsümünə görə restoranlardan sifariş olur. Ən çox Nabrana aparırlar. Təkərdən düzələn əşyaları Nabranda restoranların qarşısına düzürlər. Bir də uşaq bağçalarından yelləncəklər sifariş edirlər. Burada məktəbin həyətində idman kompleksi var idi, oradan gəlib dedilər ki, kreslolardan istəyirik. Vaxtım olmadığına görə ikisini düzəldib verdim. Yelləncəyin birini 40-50 manata alırlar.Gələcək bir ideyam da var. Bunu heç kimə demirdim. Sifariş ediblər. Təkərin içində akvarium düzəldəcəm. Təkər balıq formasında olacaq. Bir obyekt üçün sifariş ediblər. Buna görə şüşə zavoduna da getmişəm. Orada dedilər ki, şüşəni mən istədiyim formada kəsə bilmirlər. Sonra öyrəndim harada kəsə bilirlər. Sifariş olunanda daha yaxşı, keyfiyyətli olur. İşə qiymət vermək lazımdır. İşə qiymət versələr yaxşı da iş alınar.

-Gələcəkdə sərgi keçirtmək fikriniz varmı? Sərgiyə ad düşünmüsünüzmü?

-Yaxşı fikirdir. Neçə dəfə təklif olunub. Fikrim var. Amma təşkilatçılıq bacarığım yoxdur. Çünki əlaqələrim yoxdur. Heç bilmirəm sərgini harada edirlər. Amma sərgi etmək və ya bunlar əsasında bir biznes qurmaq planım da var. Çünki bu işin gələcəyini görürəm. Tullantı materiallardan faydalı əşyalar düzəltmək ekologiya üçün də yaxşıdır. İkinci həyat verilir təkərlərə. Tez sıradan çıxan deyil. Düzəltdin ki, neçə il gedəcək. Obyektin yiyəsi təkərdən hazırlanmış kreslo aldısa, elə bil ki, 5-10 il mebelə ehtiyacı yoxdur. Sərgiyə ad düşünməmişəm. Fikirləşsəm yaxşı şey taparam. Amma nəsə etsəm də, Laçının adı orada olacaq. Laçın rayonundanam. Övladlarımı da Laçın mentalitetində böyüdən biriyəm. Nəsə edəndə orada mütləq Laçınla bağlı nəsə olur. Heyif ki, işğal altındadır. Tək Laçın yox, rayonların hamısını geri qaytarmaq vaxtıdır.

Əsmər Qabil
Foto: Nəcəf Nəcəfli

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#MAQAZİN / Axşam.az

Həyat yoldaşı ilə bağlı sual Xatirəni əsəbiləşdirdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#HADİSƏ / Lent.az

Qardaşının qatilinə yüngül cəza verilməsini istədi - MƏHKƏMƏ

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Xroniki öskürək və bronxit üçün ən sürətli müalicə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının