Bizi izləməyi unutmayın

#MÜSAHİBƏ / Oxu.az

Ekspert: Münasibətlər yaxşılaşmasa, Türkiyə nə itirəcək ki?!

Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 24-də AŞPA qış sessiyasında çıxışında sonra erməni-türk münasibətlərinin...

26-01-2018, 20:28 | 254 dəfə baxılıb.

Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 24-də AŞPA qış sessiyasında çıxışında sonra erməni-türk münasibətlərinin normallaşması ilə bağlı sualına cavabında Ermənistan xalqı üçün Türkiyəyə bir tərəfli güzəştlərə getməyin təhqirə bərabər olduğunu bildirib. O, Ankaranın İrəvanla güc mövqeyindən danışmağa haqqı olmadığını vurğulayıb.

Sarkisyan 2009-cu ildə Sürixdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması ilə bağlı imzalanmış sənədləri xatırladaraq, Türkiyəni razılaşmanı pozmaqda ittiham edib.

Bu razılaşmalar üzrə götürdüyü öhdəliklərə yerinə yetirməyəcəyi təqdirdə, Ankaranın nələri itirə biləcəyi barədə sualı Oxu.Az-a verdiyi müsahibədə Türkiyənin təhlükəsizlik üzrə eksperti Engin Özer cavablandırıb.

– Ermənistan prezidenti Sürix protokolları haqqında danışarkən Türkiyəni bu razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Bu barədə nə deyə bilərsiniz?

– Sürix protokolları 2009-cu ildə, ovaxtkı Türkiyə prezidenti Abdullah Gülün təşəbbüsü ilə imzalanıb. Bu təşəbbüsə görə ikitərəfli münasibətlər yaxşılaşmalı, Türkiyə və Ermənistan arasında sərhədlə bağlı bütün məsələlər həllini tapmalı idi.

Ermənistanın məhz indi bu protokollara diqqət çəkməsinə səbəb Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşması, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları, Qətərdə şəxsi heyətin 3 min əsgərə qədər artırılması və Türkiyənin başqa bir dövlətə çevrilməsi, Ermənistanın isə bundan narahat olduğunu göstərən bir çox başqa faktorlardır.

“Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları onu göstərdi ki, Türkiyə ordusu fərqli oyun qaydaları ilə hərəkətə keçə bilir. Hal-hazırda Türkiyə ilə Qərb arasında münasibətlər gərgindir, ona görə də Ermənistan Qərbə öz “dəyərini” göstərməyə çalışır. Maraqlıdır ki, Afrində tutulan terrorçular arasında Ermənistan vətəndaşları da var.

Hazırda Türkiyənin təhlükəsizlik doktrinasının dəyişməkdə olduğuna şahidlik edirik, bundan sonra Türkiyəni təhdid edən istənilən terrorçu qruplaşmalar məhv ediləcək. ABŞ-ın kürdləri dəstəkləməsi Rusiya və Türkiyə münasibətlərinin daha da yaxşılaşmasına vasitəçilik edir, bu isə Ermənistan rəhbərliyinin ürəyincə deyil.

Ona görə Sarkisyan Qərblə münasibətlərin yaxşılaşmasına nail olmağa çalışacaq. Dağlıq Qarabağ münaqişəsini daim aktuallaşdıraraq, Rusiyanın diqqətini cəlb etmək üçün paralel olaraq Türkiyəni ittiham edəcək.

– Türkiyə üçün Sürix protokollarının ratifikasiyası nə dərəcədə gözləniləndir?

– Bu sualı başqa şəkildə qoyardım: Münasibətlər yaxşılaşmasa, Türkiyə bundan nə itirəcək?

İllərdir ki, bu məsələdə durğunluq yaşanır, lakin bu, təkcə Ermənistanın ziyanınadır. Mövcud vəziyyət 100 il də davam edə bilər, bundan Türkiyə heç nə itirməyəcək.

“Qonşularla sıfır problem” siyasəti, belə deyək, Türkiyənin bu xeyirxah doktrinası ona gətirib-çıxardı ki, Türkiyə ərazisinə Suriyadan çox sayda terrorçu daxil oldu. “Ermənistana qapıları açmaq” siyasəti isə Ermənistanın kürd terrorçuları dəstəkləməsi ilə nəticələndi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcavüzkar və güzəştsiz mövqeyini qoruyub-saxlayan Ermənistan hökuməti ilə bu razılaşmanın gerçəkləşdirilməsi ehtimalı qalmayıb.

Əgər bu sənədlərdən qalib ayrılan tərəf Türkiyə deyilsə, onları niyə ratifikasiya etsin axı?! Ermənistan Qarabağla bağlı ərazi iddialarından əl çəkmir.

– Sənədlər nə məqsədlə imzalanmışdı?

– Sürix protokolları mehriban qonşuluq və təhlükəsizlik siyasəti çərçivəsində imzalanıb. Eyni zamanda, Ermənistanla münasibətləri yaxşılaşdırmağı tələb edən Avropa İttifaqı ilə Ankara arasında münasibətləri möhkəmləndirmək məqsədi daşıyıb. Ancaq Ankara Brüssellə münasibətləri yenidən nəzərdən keçirdiyindən bu sənədlər artıq Türkiyə üçün maraqlı deyil və onu heç kim fikrindən daşınmağa vadar edə bilməz. Nəticə etibarilə, Ermənistanla Türkiyə arasında olan münasibətlər 2009-cu ilin əvvəlində olan vəziyyətinə qaytarıla bilər.

Afrində saxlanılan terrorçular arasında olan Ermənistan vətəndaşlarının kimliyinin müəyyənləşməsindən sonra bu haqda rəsmi bəyanat veriləcək. Bu informasiya təsdiqini tapsa, Türkiyə ilə Ermənistan münasibətlərində böhran yaşanacaq. Türkiyə Ermənistanın bu siyasətinə səssiz qalan deyil.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#HADİSƏ / Lent.az

Millət vəkili Sarkisyanla bağlı AŞPA rəhbərliyinə etiraz etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#DÜNYA / Milli.Az

Əhməd Şahidov Sarkisyanı ifşa etdi: Zaldan çıxarıldı - FOTO

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#DÜNYA / Oxu.az

Sarkisyan: Türkiyə Ermənistanla güc mövqeyindən danışa bilməz

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının