Bizi izləməyi unutmayın

#MÜSAHİBƏ / Oxu.az

Qaxda hamı bu müəllimdən danışır (FOTO/VİDEO)

Bugünkü müsahibimiz şəhər həyatından uzaqlaşıb, özünü Qaxın Ləkid kəndində təhsilə yönəltmiş 23 yaşlı müəllim Turanə...

24-01-2018, 13:38 | 629 dəfə baxılıb.

Bugünkü müsahibimiz şəhər həyatından uzaqlaşıb, özünü Qaxın Ləkid kəndində təhsilə yönəltmiş 23 yaşlı müəllim Turanə Hüseynovadır.

Şəhər həyatında xeyli müasir və dəlisov olan Turanə, özünün dediyinə görə, çox dəyişib. Dağın ətəyində yerləşən, tarixi yerləri, təmiz havası ilə başgicəlləndirici gözəlliyə sahib bu kənd və əhalisi onu heyran edib.

Turanənin kənddə qarşılanması da qeyri-adi olub. Buna səbəb isə kəndlilərin alışmadığı tərzdə bir müəllimin qarşılarına çıxması, tatu və pirsinqi ilə onları təəccübləndirməsidir.

Azərbaycanın ən ekstravaqant müəlllimi ilə müsahibəni təqdim edirik:

- Turanə, bir az özünüz haqqında məlumat verərdiniz...
- 23 yaşım var. 2015-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsini bitirmişəm. Tərcüməni bitirəndən sonra 2016-cı ildə pedaqoji təhsil üçün elə ADU-nun özündə – tərcümə binasında oxumuşam. Bu isə ailəmin istəyi olub.

Qaxda hamı bu müəllimdən danışır (FOTO/VİDEO)


- Oranı bitirəndən sonra harada çalışmısınız?
- Oxuduğum müddətdə kurslarda müəllim, həvəskar jurnalist, "freelancer” kimi, sonuncu dəfə bələdçi olaraq çalışmışam.

- Bələdçi olaraq hansı qurumda işləyirdiniz?
- Bir turizm şirkətində çalışırdım. Bakıdaxili turistləri tarixi yerlərə aparıb, məlumat verirdim.

Qaxda hamı bu müəllimdən danışır (FOTO/VİDEO)


- Məktəbdə dərs demək istəyi necə yarandı?
- Haçansa orta məktəbdə işləmək planım var idi. Bu il imtahan verdim, müsahibədən keçib Qaxın Ləkid kəndinə təyin olundum. Onu deyim ki, müsabiqəyə və imtahana hazırlaşmamışdım. Seçim edəndə Qaxı və Bakını yazdım. Çünki buraya avtostopla gəlmişdim və çox bəyənmişdim.



- Şəhər yerlərində belə pirsinqli və tatulu xanımlar hələ indi-indi qəbul olunur. Bəs kənd yerində necə? Bu, sizin üçün problem yaratmadı ki?
- Əvvəllər onlar üçün məlum stereotiplərə görə qəribə görünürdüm. Çünki şablon müəllim obrazından bir qədər kənarda idim. Yəqin, aqressiv və naməlum münasibətlərinin olması elə xarici görünüşümlə bağlı oldu. Elə bildilər ki, bu yolla uşaqlara fərqlilik aşılayacam. Mənim insanların xarici görünüşünü dəyişdirmək kimi bir niyyətim olmayıb. Necə ki, mən onları qəbul edirəm, onlar da məni olduğum kimi qəbul etdilər. Zaman keçdikcə anladılar ki, əsla uşaqlara pirsinq taxmaq, tatu vurmaq kimi adətləri öyrətmək istəyim yoxdur. Müəlliməm və ancaq öz vəzifəmi icra edirəm. Kimisə manipulyasiya etmək fikrim olmayıb.

- Bəs uşaqlar, məktəb müəllimləri səni necə qarşıladılar?
- Uşaqlarla münasibətim yaxşıdır. Asan yolla onlara dərsi izah edirəm. Dərsdən sonra məşğələlər də olur. Müəllimlərə ingilis dili öyrənməkdə kömək edirəm. Onlar da mənə təzə olduğum üçün bəzi işlərdə yardımçı olurlar.

Qaxda hamı bu müəllimdən danışır (FOTO/VİDEO)


- Neçə il bu kənddə yaşayacaqsınız?
- Üç illik müqavilə ilə gəlmişəm, darıxmıram, bura mənim üçün çox rahatdır və maraqlıdır. Ən əsası odur ki, depressiyaya düşmürəm.

- Sizi darıxmağa qoymayan nədir?

- Həftəiçi dərslərdə, məşğələlərdə oluram. Həftəsonu isə kənarda olan gəzməli, tarixi yerlərə gedirəm. Şəkiyə gedib at sürürəm. Başqa kəndlərdən şagirdlər gəlir, onlarla da məşğul oluram. Beləcə, günlərin necə keçdiyini bilmirəm. Baxıram ki, artıq beş aydır buradayam.

Qaxda hamı bu müəllimdən danışır (FOTO/VİDEO)


- Ailəniz necə? Yanınıza gəlir?
- Anam gəlir. Bundan başqa, evində yaşadığım ailə də çox yaxşıdır. Evin sahibi qeydimə qalır, burada mənə analıq edir. Ümumiyyətlə, gün gələcək, insanlar şəhərdən kəndlərə axın edəcəklər. Düzdür, bir az gec olacaq, ancaq olacaq...

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

Milli.Az / #SAĞLAMLIQ

Azərbaycanda ürəyindən əməliyyat olunanların sayı çoxalır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Əhali arasında yayılan xəstəlik nədir? - Baş terapevtin CAVABI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#MƏDƏNİYYƏT / Axşam.az

Azərbaycanlı yazıçı-jurnalist dünyasını dəyişib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının