Bizi izləməyi unutmayın

#MÜSAHİBƏ / Oxu.az

Ekspert: Əgər Türkiyə ləngisə, ABŞ “kürd kartını” işə salacaq

Şənbə günü Türkiyə Suriyada kürd birləşmələrin nəzarətində olan ərazidə “Zeytun budağı” adlı əməliyyata başladı....

22-01-2018, 12:19 | 249 dəfə baxılıb.

Şənbə günü Türkiyə Suriyada kürd birləşmələrin nəzarətində olan ərazidə “Zeytun budağı” adlı əməliyyata başladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl də dəfələrlə Türkiyənin Afrin və Mənbici terrorçulardan azad edəcəyini bildirsə də, həmin ərazilərə qoşun yeritməklə bağlı konkret qərara gələ bilmirdi. Ancaq hadisələrin inkişafı onu göstərdi ki, Vaşinqton Suriya ilə sərhəddə türk faktorunun mövcudluğuna etinasızlıq göstərməyə və kürdləri aktiv şəkildə dəstəkləməyə başladı; belə mövqe Türkiyəni heç cür qane etmirdi. İndi isə qoşunların Afrinə daxil olmasından sonra ABŞ Ankaranın başqalarının onun milli maraqlarına saymazyana yanaşmasına imkan verməyəcəyini anladı. Afrində baş verənlər və hadisələrin bundan sonra hansı şəkildə inkişaf edəcəyi ilə bağlı Yaxın Şərq üzrə ekspert İqor Pankratenko Oxu.Az-a danışıb.

– Türkiyə Afrindəki kürd kantonunu tutmaqda israrlıdır və Rusiya ilə aktiv şəkildə danışıqlar aparır. Necə düşünürsüz, Rusiya və Türkiyə Afrinlə bağlı ortaq razılığa gələ biləcəkmi? Bu əməliyyatdan sonra Ankara ilə Moskva arasında “soyuq yellərin əsməsi” nə dərəcədə gözləniləndir?

– Gəlin ondan başlayaq ki, Ankara şənbə günü rəsmi qaydada “Zeytun yarpağı” əməliyyatının başladığını elan etdi və Türkiyə ordusu həmin gün saat 16:00-dan etibarən onun icrasına başladı.

Dərhal bir məsələni dəqiqləşdirmək istəyirəm ki, əməliyyatın başlıca hədəfi Türkiyə ordusunun Afrin kantonunu tutması deyil, orada fəaliyyətdə olan PKK/KCK/PYD-YPG birləşmələrini darmadağın etmək, onlara aid infrastrukturu məhv etməkdir. Əməliyyat uğurla başa çatdıqdan sonra Afrinə nəzarət, əlbəttə ki, Ankarayönümlü yerli qüvvələrə təhvil veriləcək.

Bunu “türk işğal zonası üzərində nəzarətin bərqərar edilməsi” və ya başqa cür də adlandıra bilərik, ancaq bu adlar onun məğzini dəyişmir: Ankaranın əlinə – o cümlədən Moskva və Tehranla razılaşmalar çərçivəsində – Suriya Kürdüstanından qaynaqlanan böyük təhdidi zərərsizləşdirmək fürsəti düşüb. Türkiyə bu imkandan 100 faiz yararlanmaq niyyətindədir.

Bu məsələdə Rusiyanın mövqeyinə gəlincə, düşünürəm ki, Ankara və Moskva artıq bu məsələni öz aralarında razılaşdırıb və bu, ötən həftə Türkiyə SQ Baş Ordu Qərargah rəisi Hülusi Akar və Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidanın Sergey Şoyqu və Rusiya Baş Ordu Qərargah rəisi Valeri Gerasimovla keçirdiyi görüşdə baş tutub.

Məlum məsələdir ki, Türkiyə qoşunlarının Afrində keçirdiyi əməliyyat Moskvanın ürəyincə deyil, ancaq Rusiya tərəfinin buna əngəl olmaq üçün ciddi imkanları yoxdur. Bundan savayı, Ankara Kremlin Türkiyənin mövqeyi ilə can-başla razılaşması üçün əsaslı arqumentlər tapıb.

– Məlum olduğu kimi, Türkiyə və İran son zamanlar ikitərəfli münasibətlərin yaxşılaşmasına nail olub. Bəzi ekspertlər Afrində hətta İran qüvvələrinin olduğunu iddia edir. Afrin İrana lazımdırmı? Bu məsələdə Tehranın hansı mövqe ortaya qoyacağını gözləmək olar?

– Burada bir şeyi anlamaq lazımdır ki, Türkiyə və İranın “kürd məsələsinin” bəzi aspektlərinə yanaşması tamamilə oxşardır. Bunun üçün İraq Kürdüstanının müstəqillik referendumuna qarşı İran və Türkiyənin birgə səylərini – yeri gəlmişkən, kifayət qədər uğurlu olmuş səylərini – xatırlamaq kifayət edər; İran və Türkiyə Kürd muxtar bölgəsinin müstəqil olmasına əngəl olmaqla, bağlı öz məqsədlərinə çatdı.

Bundan başqa, Tehran Ankaranın Suriya Kürdüstanının əhəmiyyətini və ondan qaynaqlanan təhdid və problemləri necə qiymətləndirdiyini çox yaxşı başa düşür. Digər tərəfdən, artıq Türkiyə ilə İran arasında Suriyada təsir sferalarının bölgüsü ilə bağlı razılaşma əldə olunub ki, Afrin də həmin bölgüyə görə məhz “türk zonasına” düşür. İranın Türkiyənin “Zeytun budağı” əməliyyatına münasibətinin kifayət qədər yaxşı olacağını əminliklə deməyə imkan verən bir sıra faktorlar var.

– Bu qərar Türkiyə və ABŞ münasibətlərini nə dərəcədə korlaya bilər?

– Bilirsiniz, bu, nə qədər paradoksal səslənsə də, hər şey əməliyyatın nə dərəcədə uğurlu və məqsədyönlü aparılacağından asılı olacaq. Əməliyyat kifayət qədər tez başa çatsa, Vaşinqton, təbii ki, yeni reallıqları nəzərə almaqla, Ankara ilə dialoqa gedəcək.

Türk tərəfi “Fərat qalxanı” əməliyyatında şahidi olduğumuz kimi, ləngisə, ABŞ yenidən Suriyada “kürd kartını” işə salacaq. Üçüncü variant yoxdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#DÜNYA / APA.az

Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#MÜSAHİBƏ / Oxu.az

Ekspert: Münasibətlər yaxşılaşmasa, Türkiyə nə itirəcək ki?!

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#DÜNYA / Oxu.az

Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının