Bizi izləməyi unutmayın

#MÜSAHİBƏ / Oxu.az

Politoloq: ABŞ Azərbaycanı ləkələmək üçün faktları kobudcasına təhrif edir

Bu yaxınlarda ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına turizm məqsədilə Azərbaycana səyahət etməməyi tövsiyə edib....

20-01-2018, 14:06 | 56 dəfə baxılıb.

Bu yaxınlarda ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına turizm məqsədilə Azərbaycana səyahət etməməyi tövsiyə edib. Departament bunu guya ölkəmizdə terror riskinin yüksək olması ilə əsaslandırıb.

Dövlət Departamentinin bu bəyanatı Azərbaycan cəmiyyəti, həmçinin bir sıra ekspertlərin diqqətindən yayınmayıb. Bu bəyanata rəsmi Moskva da laqeyd qalmayıb, belə ki, Rusiya XİN mətbuat katibi Mariya Zaxarova buna cavab olaraq ABŞ-ın Azərbaycan və Bakıdakı mövcud reallıqlardan bixəbər olduğunu bildirib.

Dövlət Departamentinin bəyanatının nə dərəcədə obyektiv olduğu və onun Azərbaycan və ABŞ münasibətlərinə hansı şəkildə təsir edəcəyi ilə bağlı sualları Oxu.Az-a verdiyi müsahibədə Tofiq Abbasov cavablandırıb.

– ABŞ Dövlət Departamenti amerikalı turistləri Azərbaycana səyahət edərkən ehtiyatlı olmağa çağırıb. Bu bəyanatı necə qiymətləndirirsiniz?

– Dövlət Departamenti ilk dəfə deyil ki, digər ölkələrdəki vəziyyəti qiymətəndirərək, ölkəmiz haqqında bu cür xoşagəlməz bəyanatlar verir. Bu cür qiymətləndirmə siyasi motivlidir və onunla bağlıdır ki, Vaşinqtonun öz ideyalarını inamlı və inadlı şəkildə həyata keçirən, öz prioritetlərinə sadiq qalan və maraqları daxili maraqlara zidd olduqda xarici qüvvələrə “yox” deməyi bacaran ölkələrin siyasi elitalarını “görən gözü yoxdur”.

ABŞ-ın baxışları digər dövlətlərin yanaşmaları ilə üst-üstə düşməyəndə, qarşılıqlı münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, Dövlət Departamenti, Senat və digər ABŞ qurumları, belə deyək, “sözə baxmayan” ölkələrin dərsini vermək üçün əlindən gələni edir. Ona görə də ABŞ-ın baxışları çox vaxt onun “demokratik yeni düzən” yaratmağa çalışdığı digər dövlət və xalqların maraqları ilə ziddiyyət təşkil edir. Vaşinqton digər dövlətlərin prezidentlərinin, hökumətlərinin, parlamentlərinin, xarici siyasi qurumlarının, ictimai və digər təşkilatlarının amerikalı analoqları kimi, legitim struktur olduqları və öz vətəndaşlarının hüquqlarını qorumaq, onların mənafeyini güdmək, təhlükəsizliklərini təmin etmək məqsədilə seçildikləri faktı ilə hesablaşmaq istəmir.

Bu, elə də mürəkkəb və çoxşaxəli həqiqət deyil ki, onu anlamaq, qəbul etmək və ona hörmətlə yanaşmaq çətin olsun. Habelə Cənubi Qafqazda təhlükəsizliyin qiymətləndirilməsi məsələsi ilə bağlı təşəkkül tapan vəziyyətdən də görə bilərik ki, amerikalılar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək, onun imicinə zərbə vurmaq üçün yenə də Azərbaycan barədə faktları kobudcasına təhrif edir. Ancaq bu cəhdlərin hamısı mənasızdır. Nə ABŞ, nə Ermənistan, nə də başqa bir qeyri-dost dövlət Azərbaycanda vəziyyətin pisləşməsini görə bilməyəcək; onlar ölkəmizin xaosa qurşandığını görmək istəyir.

– ABŞ Dövlət Departamentinin bu bəyanatı nəyə əsaslanır? Azərbaycana səyahət etmək nə dərəcədə təhlükəlidir?

– Məsələ ondadır ki, ABŞ xarici siyasət orqanının gəldiyi qənaət həmin sənəddə heç cür əsaslandırılmayıb. Azərbaycanda amerikalı turistlər üçün böyük risklərin olması haqda deyilənlər həqiqətə uyğun olmayan iddialardır. Ancaq faktı xatırlamaq yerinə düşər ki, Vaşinqton Trampın Qüds təşəbbüsünü dəstəkləməyən ölkələrdən intiqam almağa başlayıb.

Bundan başqa, bir çox müsəlman dövlətləri ABŞ-ın bu addımını pisləmək və Yaxın Şərqdə onsuz da incə olan geosiyasi vəziyyətin daha da gərginləşməsinə yol açacaq dağıdıcı təsirlərin qarşısını almaq üçün Ankaranın çağırışı ilə İHT fövləqadə iclasında bir araya gəldi. Dövlət Departamentinin bu rəyi qərəzlidir və həqiqətə ziddir. ABŞ dövlət suverenliyini hər şeydən üstün tutmasına, göstərdiyi iradəyə görə bu cür ucuz vasitələrlə Azərbaycanı cəzalandırır.

– Bu bəyanatı rəsmi Vaşinqtonla Bakı arasında münasibətlərin pisləşməsi kimi xarakterizə etmək olarmı?

– Deməzdim. Bu addım bir növ taktiki təzyiq göstərmə cəhdidir. Məqsəd Azərbaycanı bir sıra regional problemlərin həllində daha üzüyola olmağa vadar etmək, amerikalıların bu və ya digər səbəbə görə pis münasibətdə olduğu ölkələrlə Azərbaycanın da münasibətləri korlamasına nail olmaqdır.

Ancaq Azərbaycan artıq elə bir dövlətə çevrilib ki, onun iştirakı olmadan heç bir regional proqram uğurlu şəkildə gerçəkləşmir; “yanki elitası” bu faktı nəzərə almalıdır.

“Holdkom” bəzən belə bəyanatlarla həddi aşsa da, bununla əlaqədar Vaşinqtonla Bakı arasında əlaqələrin kəsiləcəyi, hər hansı qorxulu fors-majorun baş verəcəyi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Düzdür, müəyyən mənada, ikitərəfli münasibətlərin tonusunun aşağı düşdüyünü deyə bilərik, ancaq məsələni şişirtmək olmaz. ABŞ əvvəllər necə Azərbaycanın tərəfdaşı idisə, bunda sonra da olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#DÜNYA / Oxu.az

Azərbaycandan Hindistana birbaşa aviareys açıla bilər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#DÜNYA / Milli.Az

ABŞ Türkiyə ilə birgə Suriyada "təhlükəsizlik zonası" yaratmaq niyyətindədir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#DÜNYA / APA.az

Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının