Bizi izləməyi unutmayın

#MÜSAHİBƏ / Oxu.az

Zabit Səmədov: Makqreqoru rəqib kimi görmürəm – MÜSAHİBƏ

Dünən “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış idmançı, kikboksçu Zabit Səmədovla görüş keçirilib. Görüşdə Zabit...

19-01-2018, 21:09 | 65 dəfə baxılıb.

Dünən “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış idmançı, kikboksçu Zabit Səmədovla görüş keçirilib.

Görüşdə Zabit Səmədov karyerası, keçirdiyi qarşılaşmalar, qazandığı nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Tanınmış idmançı “YARAT” Müasir İncəsənət Mərkəzində açılan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgi ilə tanış olub.

Tədbirdən sonra Zabit Səmədov saytımıza müsahibə verib:

– Pərəstişkarlarınızla görüş barədə nə deyə bilərsiniz?

– Belə görüş ikinci dəfədir baş tutur. İlk dəfə may ayında olmuşdu. Sağolsun, “YARAT” Mərkəzi mənə bunun üçün imkan yaratdı. Görüşə gələnlərə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, mən hər zaman, hətta şəhərdə gəzəndə də xalqımın dəstəyini və sevgisini hiss edirəm. Əlbəttə ki, bu da məni qürurlandırır. Bu, döyüşlərimə də təsir edir.

–​ Hansı sual sizin üçün daha yaddaqalan oldu?

– Bir gəncin “mən də sizin kimi olmaq, qorxmamaq üçün neyləyə bilərəm” sualı yadımda qaldı. Əlbəttə ki, belə sual gözləmirdim. Gözəl sual idi. Mən də ona cavab verdim.

– Qarşıda hansı yeni layihələriniz var?

– Bildiyiniz kimi, mən artıq Azərbaycanda yaşayıram (xatırladaq ki, o, Gürcüstanda doğulub və 10 yaşında Belarusun paytaxtı Minskə köçüb – S.T.). Ölkə başçısı İlham Əliyev sayəsində mənə vətəndaşlıq verildi. Daha sonra dekabrda prezidentimiz Bakıda mənə mənzil bağışladı. Hazırda burada idman klubu açmaq istəyirəm və buna dəstək var. Bu idman klubunun açılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən yer verilib. Hazırda orada təmir işləri gedir. Klubun açılışı ilə bağlı tədbir planlaşdırırıq. Aprel-may aylarında açılış edəcəyik. Mən də istəyirəm ki, bizim gənclər gəlib orada məşq etsin. Bu klubdan dünya və Avropa çempionlarının çıxmasını, onların bayrağımızı irimiqyaslı turnirlərdə dalğalandırmasını istəyirəm.

– Klubun adı nə olacaq və hansı ünvanda yerləşəcək?

– Klubun məkanı Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Sarayıdır. Adı da “Zabit” İdman Klubu olacaq.

– Burada təkcə kikboksinq idman növü üzrə məşqlər mümkün olacaq?

– Belə deyim ki, klubda döyüş idman növləri olacaq. Muay tay, kikboksinq idman növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Qaydasız döyüş növləri də ola bilər.

– Hansı böyük yarışlara hazırlaşırsınız?

– Təbii ki, öz xalqımın gözü qarşısında bir beynəlxalq yarışın olmasını çox istəyirəm. Qismət olsa, belə bir yarış keçirməyi istəyirik. Bundan başqa, ölkə xaricindən də təkliflər var. Apreldə Filippində keçiriləcək bir turnirə dəvət almışam. Hazırda o turnirin müqaviləsi ilə məşğulam. Alınsa, o turnirdə döyüşəcəyəm. 23 avqustda isə Əhməd Qədirovun doğum gününə həsr olunmuş ənənəvi turnirdə iştirak edəcəyəm. Bildiyiniz kimi, Çeçenistanın mərkəzi şəhəri olan Qroznıda fəaliyyət göstərən “Əhməd” klubunun hazırda həm prezidenti, həm də döyüşçüsüyəm.

– Müsahibələrinizdən birində demişdiniz ki, irlandiyalı MMA döyüşçüsü Konor Makqreqorla görüşə bilərsiniz...

– Yox, yox, onun haqda heç nə deməmişəm. Birincisi, Makqreqorun çəkisi yüngüldür. İkincisi, o, qaydasız döyüşdə yarışır, mən isə kikboksinqdə.

– Onsuz da Makqreqor üçün fərqi yoxdur. O, rinqdə boksçu Floyd Meyvezer ilə də döyüşüb.

– Belə baxanda, mənim üçün də fərqi yoxdur (gülür). Makqreqor mənə döyüşməyi təklif etsə, əlbəttə, razı olaram. Mən onu rəqib kimi görmürəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#MƏDƏNİYYƏT / Axşam.az

“Dağlı qız” Bakıda nümayiş olundu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#MÜSAHİBƏ / APA.az

"Ola bilsin, yeni futbolçular milliləşdirək" - Qurban Qurbanov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#MAQAZİN / Milli.Az

Tanınmış teleaparıcı: "İçimdə ona qarşı böyük sevgi var" - FOTO

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının