Bizi izləməyi unutmayın

Milli.Az / #SAĞLAMLIQ

"Vərəm sosial xəstəlik olduğu üçün ona laqeyd yanaşmaq olmaz"

Ekspertlər deyir ki, vərəm xəstələri nəzarətdə saxlanılmalı, ictimai yerlərdə çalışanlar, uşaqlarla təmasda olanlar...

3-02-2018, 18:24 | 266 dəfə baxılıb.

Ekspertlər deyir ki, vərəm xəstələri nəzarətdə saxlanılmalı, ictimai yerlərdə çalışanlar, uşaqlarla təmasda olanlar tez-tez müayinədən keçirilməlidirlər.

Dünyada ən təhlükəli infeksiyalardan hesab olunan vərəm xəstəliyindən hal-hazırda təqribən 20 milyona yaxın insan əziyyət çəkir. 20-ci əsrin əvvəllərində insan ölümünün əsas səbəblərindən sayılan bu xəstəlik son günlərdə yenidən gündəmə gəlib. Azərbaycanda da xeyli sayda insanın yoluxduğu vərəm xəstəliyi artıq uşaqlar arasında da geniş yayılmaqdadır. Bəs görəsən xəstəlikdən özümüzü necə qoruya bilərik? Ümumiyyətlə, vərəmin geniş arealda yayılma səbəbi nədir?

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" adlı dinləmələrdə çıxış edərkən deyib ki, bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir. O bildirib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: "Bu gün bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır".

R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir. Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, təcrübə göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: "Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etdirmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarətin edilməsi çox vacibdir".

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova son illərdə vərəmə yoluxan uşaqların sayının artdığını və bunun çox narahatedici olduğunu qeyd edib. Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: "Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır".

H.Qədirova deyib ki, bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir: "Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva isə Azərbaycanda rəsmi qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılmasını təklif edib. Onun sözlərinə görə, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz aparılmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır: "Vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər".

Tibb üzrə ekspert, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, rəsmi məlumatlar real vəziyyəti tam şəkildə əks etdirmir: "Ümumdünya Səhiyyə Təşkilatının verdiyi raportda Azərbaycanda vərəmin geniş yayıldığı qeyd olunur. Yaxın illərdə bu xəstəliyin daşıyıclarının sayının daha da artacağı istisna deyil. Azərbaycan kimi kiçik bir ölkədə əhalinin sayına düşən vərəm xəstələrinin sayı xeyli çoxdur. Bunun əsas səbəblərindən biri miqrasiya prosesidir. Bu gün xeyli sayda insan ölkəmizə miqrasiya edir. Məsələ burasındadır ki, belə xəstələr dəqiq qeydiyyat mexanizmi olmadan sərbəst şəkildə gəzirlər. Onların bir çoxu qeydiyyata alınmır. Bəziləri isə ambulator şəraitdə müalicə alır. Bu da infeksiyanın sürətlə yayılmasına səbəb olur. İctimai yerlərdə, iaşə obyektlərində, havalandırma sistemi pis olan ofislərdə infeksiyanın yayılma ehtimalı daha da artır. İlk növbədə xidmət sektorunda çalışan şəxslər, uşaqlarla təmasda olan müəllimlər və tərbiyəçilər, ictimai iaşə obyektlərində çalışanlar, insanların sıx toplaşdığı yerlərdə xidmət göstərən şəxslər tez-tez yoxlamadan keçməlidirlər. Sovet dövründə bu yoxlamalar tez-tez aparılırdı. O dövrdə hətta rayonlarda da bu yoxlamalar səyyar şəkildə aparılırdı və xəstəliyə yoluxanlar aşkara çıxarılırdı. Təəssüflər olsun ki, o sistem indi bizdə ləğv olunub. Düşünürəm ki, bu sistemin hansısa formada bərpa olunması vacib şərtdir. Yaxşı olardı ki, vərəm əleyhinə dövlətin xüsusi proqramı olsun. Bu proqram əsasında müəyyən tədbirlər görülə bilər. Bu yaxınlarda Milli Məclisdə də bu məsələ gündəmə gətirildi. Statistik göstəricilər və yayılan məlumatlar həyəcan təbili çalmağa əsas verir. Belə vacib məsələyə göz yummaq olmaz. Əgər bu xəstəlik böyüklər arasında yayılırsa, deməli onlardan da uşaqlara keçəcək. Çünki uşaqların immun sistemi hələ tam formalaşmayıb. Uşaqların qidalandığı məhsulların keyfiyyət parametrləri də aşağı səviyyədədir. İmmun sistemi zəif olan uşaqlar arasında infeksiyanın yayılma riski daha çoxdur. Vərəm sosial xəstəlikdir. Ona laqeyd yanaşmaq olmaz".

Pediatr Kənan Qarayev bildirdi ki, vərəm xəstəliyini törədən vərəm çöpləridir: "Xəstəlikdən qorunmaq üçün ilk növbədə vaxtlı-vaxtında həkim müayinəsindən keçmək mütləq şərtdir. Aşağı tənəffüs yollarında hər hansı bir xəstəlik - məsələn, bronxolit, yaxud müxtəlif öskürək kimi xəstəliklər müşahidə edildiyi zaman vaxtında və düzgün tədbirlər həyata keçirilməlidir. Bəzən düzgün edilməyən müalicə, yaxud səhv diaqnoz sonra vərəmə gətirib çıxara bilir. Xəstəliyin yaranma səbəblərindən biri də düzgün olmayan həyat şəraitidir. Evlərin, ofislərin işıqlanmaması, yaxşı qidalanmamaq vərəmin inkişafına şərait yaradır. Uşaqlar məktəb və bağçalarda, yəni kollektivdə olduğu zamanlar digərləri ilə sıx ünsiyyətdə olurlar. Ona görə də azyaşlı uşaqların ciyərləri 6 aydan bir mütləq rentgen etdirilməlidir. Bəzən həkim müayinəsi zamanı simptomlar aşkar edilmir. Çünki həkim ona qulaq asan zaman xırda ocaqları eşidə bilmir. Çünki problemlər ilkin mərhələdə yuxarı paylardan başlayır və aşağıya doğru düşür. Ən yaxşısı profilaktik, diaqnostik üsullardır. İldə bir, yaxud iki dəfə döş qəfəsi, ciyərlər mütləq rentgendən keçirilməlidir. Bu xəstəliklərdən qorunmağın ən yaxşı yolu məhz budur. Vaxtında və düzgün qoyulan diaqnoz xəstəliyin müalicəsi zamanı bizə xeyli kömək edir. Bütün xəstəliklər vaxtında diaqnoz qoyulanda müalicə edilir. Vərəm tam sağala bilən xəstəliklər qrupuna aiddir. Ona görə də bundan qorxmaq lazım deyil. Sadəcə olaraq profilaktik müayinələr və immun sistemini yüksək tutmaq lazımdır. Problem aşkar olunduqda, vaxtında həkimə müraciət edilməklə xəstəliyin ağırlaşmasının qarşısını almaq olar. Bundan başqa, vərəm əleyhinə peyvəndlər də mühüm rol oynayır. Uşhaqlar doğulduqdan sonra 3-7 gün ərzində ilk vərəm peyvəndi vurulur. Sonradan bir yaşından başlayaraq ildə bir dəfə bu peyvəndi vururlur. Məktəb və bağçalarda bu peyvəndlər aktiv şəkildə həyata keçirilir. Həmçinin immun sisteminin güclü olması xəstəliklə mübarizədə çox vacibdir. Ona görə də uşaqların ana südü qəbul etməsi çox vacibdir. Ana südü yeməyən uşaqlar digərləri ilə müqayisədə yoluxucu xəstəliklərə daha tez yoluxurlar. Belə uşaqlarda vərəmə yoluxma ehtimalı da çox yüksək olur. Sonrakı mərhələdə isə uşaqların düzgün qidalanmasına riayət etmək lazımdır. Balanslaşdırılmış qidalanma çox vacibdir. Meyvə-tərəvəzlərə üstünlük verilməsi, düzgün qidaların seçilməsi, karbohidrat və fast-fud qidalardan birmənalı imtina vacibdir. Həmçinin azyaşlı uşaqlara konservləşdirilmiş məhsullar vermək olmaz. Təbii qidalardan istifadə etməklə, biz uşaqların immunitet sistemini artıra bilərik. Bu da vərəmlə mübarizədə mühüm rol oynayır".

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

Milli.Az / #SAĞLAMLIQ

Bu sahədə çalışanlarda vərəm, siflis aşkarlanarsa, işə buraxılmayacaqlar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#SOSİAL / APA.az

Azərbaycanda vərəmə yoluxan uşaqların sayı artır - TƏHLÜKƏ

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Azərbaycanda autizm xəstələri üçün dövlət proqramının hazırlanması təklif olunur

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının