Bizi izləməyi unutmayın

Milli.Az / #SAĞLAMLIQ

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: "... şizofreniyanın başlanğıcıdır"

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə,...

22-01-2018, 23:03 | 297 dəfə baxılıb.

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir - "Bunun qulağı batmır belə yüksək səsdən?".

Kar ola bilərsiniz...

Bəs görəsən qulaqcıqdan istifadənin insan sağlamlığına, psixologiyasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, qulaqcıqdan istifadə zamanı hansı detallara diqqət etməliyik?

Məsələ ilə bağlı alem.az-a danışan qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, qulaqcıqda musiqi dinləyənlər diqqətli olmalıdır, çünki onlar kar ola bilərlər: "Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səsdən sonra qulaqda olan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir. Həmçinin qulaqcıq taxaraq, yüksək səslə musiqi dinlənən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur".

Qulaqcıqda səs şiddəti 70 destibel olmalıdır

C.İsmayilov deyir ki, səssiz bir otaqda qulaqcıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilər bir səviyyədə, təxminən 70 destibel (db) olmalıdır: "Müqayisə üçün deyim ki, insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir.

Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, çalışın qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə etməyəsiniz".

Xəstəliyin ilk əlamətləri...

Həkimin sözlərinə görə, yüksək səs nəticəsində əmələ gələn zədə iç qulaq tipində yavaş-yavaş eşitmə itkisi yaradır: "Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir. Bir də onu qeyd edim ki, qulaqcıqdan tək tərəfli istifadə də təhlükəlidir. Bəzən qulaqcığın bir tayı hər hansı dosta verilir, bu zaman istər-istəməz səs şiddətini də yüksəltmək məcburiyyətində olurlar və bu da hər ikisinin qulağında ciddi problemlər yaradır".

Qulaqcıqdan istifadə insanı laqeyd edir

Məsələnin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova qulaqcıqdan istifadənin hazırda bütün uşaqlar və gənclər arasında geniş yayıldığını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, qulaqcıqdan bu cür geniş istifadə etmək onların psixologiyasına mənfi təsir göstərir: "Belə uşaqlar cəmiyyətdən təcrid olunurlar. Uşaq qulağına qulaqcıq taxan zaman ətraf mühitdən təcrid olunmağa başlayır. O, kənar söhbətləri eşitmir, dinləmir. Yalnız qulaqcıqda olan musiqiyə və ya hansısa bir məlumata qulaq asır".

Psixoloq vurğulayır ki, qulaqcıqlardan istifadə ümumiyyətlə, insanı cəmiyyətə qarşı laqeyd edir. O, ətraf hadisələrə qarşı etinasız olur. Bu zaman ailə daxilində, məktəbdə, cəmiyyətdə problemlər yaratmağa başlayır: "Biz müşahidə etmişik ki, hətta şizofren olan uşaqlar xəstəliyin ilk mərhələlərində qulaqcıqdan istifadə etməyə başlayırlar. Çünki onlar bu vasitə ilə ətrafdan uzaqlaşaraq daha rahat olurlar. Kənar səslər eşitmirlər, səs-küydən, valideynlərinin narazılığından daha uzaq olmaq istəyirlər və zaman keçdikcə daxili nitqi artırırlar. Daxili nitq isə insanın öz-özü ilə, içindəki səslə danışmasıdır. Bu zaman insanda öz-özünə danışmaq vərdişi formalaşır. Bu, adi hallarda da olur, amma qulaqcıqdan istifadə edən yeniyetmə uşaqlarda daha çox rast gəlinir. Uşaq başlayır öz-özünə danışmağa və zaman keçdikcə bu, yüksək səslə danışığa keçid edir. Hətta o, güzgü ilə, otaqda oturduğu yerdə danışmağa başlayır, hansısa bir hadisəni nəql edir, aqressiyasını bildirir, söyüş söyür və sair".

"Valideyn bilməlidir ki, onun övladı tənhadır..."

N.Rüstəmova qeyd etdi ki, valideynlər uşaqlarda qulaqcıqdan istifadəni ciddi şəkildə nəzarətdə saxlamalıdırlar: "Ünsiyyət problemi olan uşaqlar qulaqcığa daha çox meyl edirlər. Uşaq qulaqcığı qulağına qoyduğu an valideyn bilməlidir ki, onun övladı yalnızdır, özünü tənha hiss edir, dostları yoxdur. O, özünü qulaq asdığı musiqilərlə, baxdığı hansısa video görüntülərlə ovutmağa çalışır. Bu hallarda valideynlər övladlarının sosiallaşmasına, onların özlərinə dost tapmasına kömək etməlidir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

Milli.Az / #SAĞLAMLIQ

Jurnalistləri məhv edən XƏSTƏLİKLƏR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Artıq duz qəbulunun ÖLÜMCÜL FƏSADLARI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Plastik qabların ziyanı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının