Bizi izləməyi unutmayın

Milli.Az / #SAĞLAMLIQ

Uşağın qızdırması düşmürsə, onda bu sindrom ola bilər - ƏLAMƏTLƏRİ

Uşaqlarda çöp qalması ilə bağlı müzakirələr vaxtaşırı olaraq gündəmə gəlir və mübaliğəsiz demək olar ki, bununla bağlı...

19-01-2018, 21:15 | 92 dəfə baxılıb.

Uşaqlarda çöp qalması ilə bağlı müzakirələr vaxtaşırı olaraq gündəmə gəlir və mübaliğəsiz demək olar ki, bununla bağlı fikirlər birmənalı deyil. Uşaqda çöp qalmasına inananlar bunu qətiyyətlə dəstəkləyir, inanmayanlar isə tam əksini isbat etməyə çalışırlar. Xüsusilə də uşaqlarda çöp qalması və onun hansısa çöpçülər tərəfindən məharətlə çıxarılması, hətta həkimlərin belə aciz qaldığı halda uşağa kömək etməsi barədə insanlar arasında söhbətlər dolaşır, faktlar sadalanır.

Pediatr Günay Rəsulova uşaqları çöpçüyə aparan səbəblərdən danışıb. Həkimin sözlərinə görə, uşaqlarda rast gəlinən periodik olaraq təkrarlanan qızdırma sindromlarını valideyn, hətta bəzi həkimlər də "çöp" olaraq bilirlər. Əslində bu hal başqadır: "Valideynlər deyir, həkim, bu uşağın tez-tez çöpü qalır, demək olar ki, hər ay aparırıq çöpçüyə, çöpünü çıxarır, 2-3 gün içində uşaq sapsağlam olur. Bəs əslində bu hal nədir? Periodik qızdırma, müntəzəm olaraq konkret vaxt aralıqlarında uşaqlarda çox yüksələn (38-41 dərəcə) qızdırma hallarıdır. Uşaqlarda ən sıx görülən periodik qızdırma sindromlarından PFAPA sindromunu misal göstərmək olar. PFAPA sindromunu valideyn bəzən "bu uşağın hər ay boğazı gəlir, yüksək qızdırması olur, antibiotik də təsir etmir" kimi də təsvir edir".

Pediatr PFAPA sindromunun əlamətlərini sadalayıb:

- Periodik, təxminən hər ay və ya 1-2 həftədən bir eyni vaxtlarda yüksələn səbəbsiz qızdırma (çox zaman valideyn uşağın qızdırmasının qalxacığı günləri öncədən təxmin edir)

- Aftoz stomatit (təkrarlanan ağız içi yaralar)

- Faringit (boğazda qızarma)

- Adenopatiya (boyun bölgəsindəki limfa düyünlərinin böyüməsi)
Bu sindrom zamanı uşaqda düşürülməsi çox çətin, müalicələrə baxmayaraq 4-5 gün sürən yüksək qızdırma, ayaqda, oynaqda, qarında ağrı, halsızlıq kimi hallar olur.

G.Rəsulovanın sözlərinə görə, çox vaxt belə uşaqları "boğazında artıq əti var", "Tez-tez çöpü qalır" kimi təsvir edirlər: "Belə uşaqların əksəriyyəti artıq ətdən əməliyyat olunmuş uşaqlar olur. Tonzillektomiya əməliyyatından sonra uşaqların 50 faizində yaxşılaşma ola bilər, 50 faizdə isə simptomlar qalıcı ola bilər. Qızdırma düşdükdən sonra belə uşaqlar çox aktiv və sağlam olurlar. Bu xəstəlik uşağın fiziki inkişafına təsir eləmir. PFAPA sindromu" diaqnozu digər periodik qızdırma (FMF, tsiklik neytropeniya) sindromları da inkar edildikdən sonra qoyulur".

"Müalicəsində, bu diaqnoz qoyulmuş uşaqlara qızdırma ataklarını önləmək üçün qızdırma öncəsi kortizol inyeksiyası profilaktik olaraq vurulunca bu xəstəlik simptomlarını tamamilə önləmək mümkündür. Bütün bunlardan da məlum olur ki, çarə çöpçülərdə deyil", - deyə mütəxəssis diqqətə çatdırır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

Milli.Az / #SAĞLAMLIQ

Nitq pozğunluqları: əlamətlər və müalicə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Doğulacaq 10 faiz uşaqda bu xəstəlik yarana bilər - Şizofreniya nədir?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Balıq uşağın qida rasionunun təməli olmalıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının