Bizi izləməyi unutmayın

Milli.Az / #SAĞLAMLIQ

Həkimdən gözlənilməz açıqlama: Pul boğaz ağrısı yaradır

Qızdırma, boğaz ağrısı və halsızlıq... Qış aylarında demək olar ki, hər kəs bu narahatlıqlardan şikayət edir. Hətta...

8-02-2018, 16:59 | 284 dəfə baxılıb.

Qızdırma, boğaz ağrısı və halsızlıq... Qış aylarında demək olar ki, hər kəs bu narahatlıqlardan şikayət edir. Hətta həftələrlə xəstəlikdən qurtulmaq mümkün olmur. Bəs bu infeksiyalar nədən yaranır və ondan necə qorunmaq olar?

Milli.Az ailem.az-a istinadən qulaq-burun-boğaz, baş və boyun cərrahı Ahmet Altıntaşın bununla bağlı fikirlərini diqqətinizə çatdırır.

Əlinizi tez-tez yuyun

Həkim bildirir ki, pul və cib telefonu kimi vasitələr infeksiyanı yayır: "Dəyişikliyə uğrayaraq fərqli tiplərdə xəstəliklərə səbəb olan viruslar adətən eyni hava ilə nəfəs almaqla (damcı yolu ilə) asan şəkildə yoluxa bilər. İctimai yerlər və ictimai nəqliyyat yoluxma riskinin yüksək olduğu şəraitlərdir. Həmçinin istifadə etdiyimiz pullar, cib telefonlarımız infeksiyanı daşıyır. Adı hər nə olursa-olsun - donuz qripi, quş qripi və sair -başqa xəstəliklərdə ən əhəmiyyətli ünsür yoluxuculuğu azaltmaqdır. Bu da başda şəxsi gigiyena qaydalarına əməl etməklə mümkün ola bilər. Bu qaydaların ən başlıcası əlləri tez-tez yumaqdır. Xüsusilə xəstəlik şübhəsində yaxın təmasdan qaçmaq lazımdır və ictimai yerləri tez-tez havalandırmaq vacibdir".

Dərhal antibiotik istifadə etməyin

A.Altıntaşın sözlərinə görə, yoluxucu xəstəliklər boğaz ağrısı, boğazda yanma, burun tıxanıqlığı, burun axıntısı, öskürək, çox yüksək olmayan qızdırma, halsızlıq, oynaq ağrıları kimi simptomlar yarada bilir. Bu şikayətlərlə qarşılaşdıqda antibiotik istifadə etmək həm xəstənin özü, həm də ümumi toplum sağlamlığı üçün son dərəcə yanlışdır: "Özbaşına antibiotik istifadə etmək bir çox antibiotikə müqavimətli bakteriyaların yaranmasına səbəb olur və ictimai sağlamlığı ciddi şəkildə hədələyir. Adi burun spreyi olsa belə, aptekdən özbaşına, reseptsiz dərman alıb istifadə etmək düzgün deyil. Həmçinin xəstələr internetdən yazı və məsləhətləri diqqətə alıb müalicə vasitələrinə bilgisiz şəkildə qərar verib tətbiq etməməlidir. Qızdırmanın 37.5 dərəcəni keçməsi, halsızlığın artması, xəstəliyin 5-7 gündən çox çəkməsi və digər əlamətlərlə qarşılaşdıqda mütləq həkimə müraciət edin. Unutmayın ki, sadə infeksiyalar ciddi narahatlıqlara çevrilə bilər, hətta immunitet sistemi zəif xəstələrdə ölümə də səbəb ola bilər. Yoluxucu xəstəlik nəticəsində yaranan infeksiyalar xroniki xəstəliyi olanlarda daha ciddi nəticələrə səbəb ola bilər. Məsələn, asyma kimi xroniki ağciyər xəstəliklərində daha ağır şəkildə özünü büruzə verə bilər. İmmuniteti tamamilə zəif adamlar isə mütləq xəstəxanada yatmalıdır".

Yaxşı qidalanmaq lazımdır

Həkim deyir ki, xəstəliklərə səbəb olan viruslar şəklini dəyişdirə bilmə xüsusiyyətlərinə malikdir. Hər il fərqli şəkillərdə qarşımıza çıxır və istehsal olunan peyvəndlər də bu formaya görə hazırlanır: "Bu peyvəndlər daha öncə xəstəlik yaratmış virus tipinə qarşı qoruyuculuq təmin edir. Yeni yaranmış virus tipləri isə peyvənd olmağımıza rəğmən bizə təsir edə bilir. Ona görə də qış xəstəliklərindən qurtulmağın ən vacib qaydası yaxşı qidalanmaqdır. Bununla bərabər mütəmadi idmanla, kifayət qədər yuxu yatmaqla, stress və qayğıdan mümkün qədər uzaq duraraq immunitet sistemini sağlam tutmaqdır. Təbii və lazımi qədər qidalanırsınızsa, mövsümündə yetişən meyvə və tərəvəz yeyirsinizsə, həkiminiz tövsiyə etmədikcə əlavə vitamin və ya digər qida əlavələrindən istifadəyə ehtiyac yoxdur".

Zəncəfilli qarışımı yoxlayın

Bütün tədbirlərə baxmayaraq xəstəlik əlamətləri başladısa, mütləq maye istifadəsini artırmaq və istirahət etmək lazımdır. Bitki və təbii vasitə tərkibli dərmanlarla hazırlanan təcrübi işlər kifayət olmadığından, bilinməyən dərman və məhsulların istifadəsindən qaçmaq lazımdır. Mütəxəssis qeyd edir ki, lazımsız antibiotik qəbul etməkdənsə, zəncəfil-limon qarışımını yoxlayın, burun spreyi yerinə soda istifadə edin, tərəvəz və meyvələri öz mövsümündə yeyin: "Evdə hazırlayacağınız zəncəfil, istiot, limon, bal qarışımını 2 dəqiqə qaynadıb gündə 3-4 stəkan içmək olar. Bir litr qaynamış suya atılacaq bir xörək qaşığı soda və bir xörək qaşığı duz qarışımı gündə 3-4 dəfə buruna çəkməklə tıxanıqlığı açmaq olur".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

Milli.Az / #SAĞLAMLIQ

Əvvəlki illərlə müqayisədə qripə yoluxanlar indi xəstəliyi daha ağır keçirir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Ağrıkəsici dərmanların ziyanı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Milli.Az / #SAĞLAMLIQ

Ağız qoxusunun qarşısını alan SADƏ QAYDALAR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının