Bizi izləməyi unutmayın

#İDMAN / Milli.Az

Dieqo Souza: “Yunis Hüseynov mənə ata kimidir”

"Kəpəz"in yeni transferi Dieqo Souza müsahibə verib. Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən braziliyalı...

1-02-2018, 16:16 | 242 dəfə baxılıb.

"Kəpəz"in yeni transferi Dieqo Souza müsahibə verib.

Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən braziliyalı yarımmüdafiəçi yenidən ölkəmizə qayıdışından danışıb.

- Hazırlıqlarımız çox yaxşı gedir. Bilirsiniz ki, biz toplanışa Bakıda başladıq. Bir həftədən sonra isə Türkiyəyə gəldik. Artıq Antalya toplanışına yekun vururuq. Deyə bilərəm ki, komanda bu müddətdə özünü inkişaf etdirə bildi.

- Yenidən Azərbaycandasan. Təəssüratlarını bilmək maraqlı olardı...
- Azərbaycana qayıtmaq mənim üçün gözlənilməz oldu. Yenidən burada olduğum üçün çox sevinirəm. Çünki köhnə dostlarımı görürəm. Təsəvvür edin, otelə daxil oluram, vaxtı ilə bir yerdə oynadığım futbolçularla rastlaşıram. Bunlar xüsusi hisslərdir. Dario Frederikonun "Kəpəz"ə gəlməyi məni daha da sevindirdi. Komandada əla əhval-ruhiyyə var. Əsl ailə kimiyik. Əsas olan budur. Artıq çempionata hazırıq. "Kəpəz" son sıradadır. Vəziyyəti xeyirimizə dəyişməliyik

- Hazırlıq prosesindən razı qalsan da, yəqin ki, "Yagelloniya"ya 1:8 hesablı məğlubiyyət komandada ab-havanı az da olsa korladı...
- Bu, futboldur. Belə hallar baş verə bilər. Mən braziliyalıyam. 2014-cü ilin dünya çempionatını xatırlayırsınızsa, Almaniya millimizi 7:1 hesabı ilə məğlub etmişdi. Baxmayaraq ki, həmin vaxt komandamızda ulduz futbolçular çıxış edirdi. Futbol istənilən nəticəyə açıq oyundur. Bir tərəfdən baxanda, böyük hesabla uduzmağımız yaxşı oldu. Çünki komandadakı boşluqları gördük. Bəlkə də uduzmasaydıq, həmin çatışmazlıqlar çempionatda bizə problem yaşada bilərdi. Düzdür, kənardan baxanlar məğlubiyyətə görə komandanı tənqid edə bilərlər. Amma biz o fikirdə deyilik.

- Bu, Azərbaycana 4-cü qayıdışındır...
- Bəli, artıq 4-cü dəfədir bu ölkədə çıxış edəcəm. Məni komandaya Yunis Hüseynov dəvət etdi. O, mənim üçün təkcə baş məşqçi deyil, həm də dostdur. Ata kimidir. "Xəzər Lənkəran"da onunla başçılığı altında oynamışam. Onda yaxşı vaxtlarım idi. Sonra Braziliyaya qayıtdım. Bir müddət oynamadım. Buna baxmayaraq, Yunis Hüseynov mənə inandı və "Kəpəz"ə dəvət etdi. Bu, mənim üçün çox vacibdir. Yenə deyirəm, o, mənim üçün məşqçi yox, böyük insandır. Burda təkcə Hüseynovdan söhbət getmir. Onun timsalında bütün Azərbaycan xalqını nəzərdə tuturam. İnsanlarınız çox mehribandır. Futbolçunun səhvi olanda Yunis müəllim onu başa salır, ruhdan düşməyə qoymur. Yaxşı xarakteri var.

- Bundan əvvəl 3 dəfə Azərbaycan Premyer Liqasında oynamısan. O vaxtla indiki arasında hansı fərqləri müşahidə etmisən?
- Əvvəl Azərbaycan çempionatı daha maraqlı, daha səviyyəli idi. "Xəzər Lənkəran"da Denis Kalinkov, Uinston Parks kimi futbolçularla oynamışam. İndi isə müəyyən dəyişikliklər hiss olunur. Bu da anlaşılandır. Çünki hazırda bütün dünyada iqtisadi böhran hökm sürür. Futbolda da əvvəlki kimi yoxdu. Əsas olan hazırkı vəziyyətlə mübarizə aparmaqdır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İDMAN / Milli.Az

Yenə Azərbaycan klubu, YENƏ 1:8!

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#MÜSAHİBƏ / APA.az

"Ola bilsin, yeni futbolçular milliləşdirək" - Qurban Qurbanov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İDMAN / Milli.Az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının