Bizi izləməyi unutmayın

#HADİSƏ / Lent.az

17 il həbs cəzası alan azərbaycanlı kriminal avtoritet Bakıya gətirildi

Kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin cinayət işi üzrə məhkəməsi başa çatıb. Gəncə...

7-02-2018, 20:31 | 277 dəfə baxılıb.

Kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan “Gəncəli Firdovsi” apellyasiya şikayəti verib.

Bir neçə gün əvvəl isə Firdovsi Mustafayev Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gətirilib.

Xatırladaq ki, bir müddət əvvəl “Gəncəli Firdovsi” ilə Şəmkir rayonundan olan “Yetim Sabir” kimi tanınan avtoritet arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yarandığı haqda məlumatlar yayılmışdı. Firdovsi “Yetim Sabir”ə hazırda Türkiyədə olduğu qeyd edilən “Lotu Quli”kimi tanınan Nadir Səlifovu oğru kimi tanımadığını bildirmişdi. Bundan sonra tərəflər arasında ciddi mübahisə yaranmışdı. Daha sonra mıtbuatda “Yetim Sabir”in bıçaqlandığı haqda məlumatlar getmişdi. Bu əməlin Firdovsi Mustafayev tərəfdən törədildiyi bildirilmişdi.

Qeyd edək ki, “Gəncəli Firdovsi” ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.

Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.

Xatırladaq ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.

Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.

Həmin iş üzrə ittihama görə, 1993-cü ilin iyununda “surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq, qonşuluqdakı məktəbin həyətində güllələyiblər.

Samux rayonunun sabiq icra başçısı Vaqif Mustafayev də həmin işlə bağlı həbs olunmuşdu. O, həbsxanada tutulduğu xəstəlikdən ölüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
loading...
REKLAM
RƏYLƏR

RƏY YAZIN

#HADİSƏ / Lent.az

Atasını baltalayan oğula 13 il HƏBS

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#HADİSƏ / Lent.az

27 il həbsxanada yaşayan residivist yenidən "zon"a qayıtdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#HADİSƏ / Lent.az

Bakıda itə görə iki qardaşın qanını axıdana AĞIR CƏZA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının